EN

Ağ ayı ilə qara ayının döyüşü...

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Kanada ərazisində ilk dəfə ağ ayı ilə qara rəngli ayının qarşıdurması qeydə alınıb. Reyting.az-ın məlumatına görə, Kanadaya səyahət edən islandiyalı turist Yon Siqurdsson Labradorda gəzən zaman təsadüfən ağ ayı ilə baribalın (qara ayı) toqquşmasını kameraya çəkməyə macal tapıb. Hadisə ağ ayı öz balaları ilə birlikdə dəniz şirini yeyən vaxt baş verib. Qəfildən yamacdan enən qara bir ayı ağ ayılara yaxınlaşıb və amansız qarşıdurma qaçılmaz olub. Ağ ayı nəhayət döyüşdən qalib çıxıb və çağırılmamış qonağı qovub. Uzun illərdir, belə bir fikir formalaşmışdı ki, qara ayı ilə ağ ayı üz-üzə gəlməkdən çəkinirlər, onlar demək olar, vuruşmurlar və hətta rənglərinə görə, bu ayıların bir-birinə nifrət etdikləri də söylənilirdi. Lakin bu savaşın şahidi olan Siqurdsson bildirib ki, illərlə səyahətlərində belə bir mənzərəyə rast gəlməsə də, ilk dəfə belə bir nadir anı lentə almaq mümkün olub.Oqtay QORÇU

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
1
reyting.az

2Sources