EN

Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. SİA xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda yollardakı vəziyyət:

1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

7. Babək prospekti, mərkəz istiqamətində;

8. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;

9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

10. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;

11. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

12. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
11
49
sia.az

8Sources