EN

Müəllimə sevgini bildirmək üçün hədiyyə vermək olarmı?

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

Müəllimə sevgi və hörmətin ifadəsi olaraq simvolik hədiyyə verilməsi mümkündür.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev 5 Oktyabr - Müəllimlər Günü ilə bağlı qeyd edib.

“Əgər şagird müəllimini sevir, ona xoş münasibət bəsləyirsə, simvolik - məsələn, kitab və yaxud bir ədəd gül hədiyyə edə bilər. Ancaq bu, sui-istifadəyə çevrilməməli, müəllimlər üçün pul yığılmasına səbəb olmamalıdır”, - ekspert bildirib.

O vurğulayıb ki, şagirdlərdən hədiyyə adı ilə 10, 20, hətta 50 manat pul yığılma halına da bəzən rast gəlinir:

“Bu cür pul yığımı, qızıl və ya böyük hədiyyələr alınması qəbuledilməzdir. Məncə, 5 Oktyabr Müəllimlər Günü münasibətilə nazirlik müəllimlərə, məsələn, qələm hədiyyə edə bilər. Bu qələmi də şagirdlər öz müəllimlərinə təqdim edərlər. Bu, həm simvolik, həm də hörmətə əsaslanan jest olar və təqdirəlayiq addım sayılar”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
11
1
axar.az

2Sources