EN

“Angry Birds” yaradıcısı Peter Vesterbacka SABAH.HUB da gənc istedadlarla görüşdü

Qafqazinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Dünyaca məşhur “Angry Birds” oyununun yaradıcısı və “Rovio” şirkətinin həmtəsisçisi, tanınmış sahibkar və investor Peter Vesterbacka 27 sentyabrda SABAH.HUB-un xüsusi qonağı olub.

“Qafqazinfo” xəbər verir ki, görüş SABAH.academy və SABAH.studio-nun təşkilatçılığı ilə iki hissəli formatda baş tutub.

İlk sessiyada Vesterbacka SABAH.academy-nin tələbə və məzunları ilə görüşərək sahibkarlıq təcrübəsini bölüşüb. O, biznesdə qarşılaşdığı çətinliklər, qazandığı uğurlar və innovasiya sahəsindəki qlobal trendlərin Azərbaycan startap ekosisteminə təqdim etdiyi imkanlar barədə danışıb. Çıxışında lokal ideyaların qlobal bazarlara çıxışının vacibliyini vurğulayan Vesterbacka bildirib:

“Azərbaycan innovasiya ekosistemi böyük potensiala malikdir. Əminəm ki, burada yaradılan startaplar yaxın illərdə təkcə regionda deyil, qlobal bazarda da uğur qazanacaq.”

Görüş fəal sual-cavab sessiyası ilə davam edib və iştirakçılar üçün ilhamverici təcrübə olub.

İkinci sessiyada Vesterbacka SABAH.studio-nun təşəbbüsləri ilə tanış olub. Startapçılar öz layihələrini təqdim edərək, beynəlxalq təcrübəyə əsaslanan rəy və tövsiyələr alıblar. Bu mərhələdə 2school, Tredu və Dapti kimi startapların çıxışları xüsusi diqqət çəkib. Onların təqdimatları müzakirələrə dinamika qataraq həm ideyaların müxtəlifliyini nümayiş etdirdi, həm də real problemlərə yönəlmiş yaradıcı həllərin mümkünlüyünü göstərdi. Beləliklə, sessiya bir sıra startaplar üçün inkişaf istiqamətlərinin formalaşmasına zəmin yaratdı və startapçıların motivasiyasını daha da gücləndirdi.

Əlavə olaraq, sessiyalar çərçivəsində rəqabətə davamlı məhsullar yaratmaq üçün atılmalı olan addımlar, eləcə də Azərbaycanın “deep-tech” və “edtech” sahələrində inkişaf potensialı ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda keçirilən şəbəkələşmə sessiyasında startap komandaları Peter Vesterbacka ilə gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu görüş SABAH.HUB-un beynəlxalq əlaqələrinin gücləndirilməsi və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.

Qeyd edək ki, SABAH.HUB Azərbaycan startap ekosisteminin inkişafını dəstəkləyən innovasiya mərkəzidir. Mərkəz startapların ideyadan bazara çıxışadək bütün mərhələlərdə inkişafına dəstək göstərir, onları investorlar və beynəlxalq tərəfdaşlarla əlaqələndirir. SABAH.HUB-un əsas məqsədi regionda güclü innovasiya ekosistemi formalaşdırmaq və yerli təşəbbüsləri qlobal miqyasda tanıtmaqdır.

Tədbirin əsas məqamları və foto materialları ilə tanış olmaq üçün SABAH.HUB-un rəsmi Instagram, Linkedin və Facebook səhifələrini izləyə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
5
qafqazinfo.az

1Sources