EN

Milli Məclisin qarşısında avtomobil YANDI - VİDEO

Bakının Səbail rayonunda avtomobil yanıb.

Musavat.com xəbər verir ki, hadisə Milli Məclisin qarşısında baş verib.

Yanğın Fövqəladə Hallar Nazirliyin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə nəticəsində yolda avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hazırda hərəkəti tənzimləyir.

Chosen
21
8
musavat.com

10Sources