EN

Həkim sağlamlığınıza zərər verən beş səhər səhvini açıqladı

Endokrinoloq Zuxra Pavlova səhər saatlarında edilən və həm sağlamlığa, həm də gün ərzində enerjiyə mənfi təsir göstərən beş əsas səhv barədə xəbərdarlıq edib.

E-saglam.az xəbər verir ki, onun bu fikrini KP.RU yayıb.

Səhər su içməmək:

Mütəxəssis hesab edir ki, səhər oyandıqdan dərhal sonra su içmək maddələr mübadiləsini aktivləşdirir və beyni oyanmağa kömək edir. Pavlovanın sözlərinə görə, yataqdan qalxdıqdan sonra içilən ilk stəkan su orqanizmin “start düyməsi” rolunu oynayır.

Oyandıqdan dərhal sonra xəbər və ya sosial media izləmək:

Həkim xəbərdarlıq edir ki, səhər tezdən telefonla xəbərləri oxumaq və sosial şəbəkələrdə vaxt keçirmək beyni lazımsız məlumatlarla yükləyir və stress yaradır. Pavlova bunun əvəzinə sakit musiqi dinləməyi və bir az rəqs etməyi məsləhət görür — bu həm əhvalı yaxşılaşdırır, həm də orqanizmi oyadır.

Fiziki aktivliyi unudmaq:

Endokrinoloq bildirir ki, səhər hərəkətsiz başlamaq orqanizmin oyanmasını ləngidir. O, günə 10 dəqiqəlik yüngül uzanma (stretching) ilə başlamağı və səhər fiziki aktivliyi mütləq daxil etməyi tövsiyə edir.

 Su prosedurlarını atlamaq:

Pavlova deyir ki, səhər duşu bədəni canlandırır və qan dövranını aktivləşdirir. Vaxt azdırsa, ən azı üzü sərin su ilə yumaq da oyanmağa kömək edə bilər.

Səhər yeməyində qəhvə və telefon istifadə etmək:

Həkim məsləhət görür ki, qəhvəni oyandıqdan dərhal sonra deyil, təxminən bir saat sonra içmək daha faydalıdır. Bu zaman bədəndə kortizol səviyyəsi azalır və kofeinin stimullaşdırıcı təsiri daha güclü olur.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
11
e-saglam.az

1Sources