EN

SON DƏQİQƏ: “Alov qüllələri”nin qarşısında maşın alışdı – YENİLƏNDİ + VİDEO

Bakının mərkəzində, “Alov qüllələri”nin qarşısında avtomobil yanıb.

KONKRET.az xəbər verir ki, hadisə barədə şahidlər məlumat verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə briqadası cəlb olunub.

FHN-in Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində “Kia” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Nəticədə avtomobilin mühərrik hissəsi və salonu yanıb. Sürücü isə avtomobili tərk edərək xilas ola bilib. Yanğının səbəbləri araşdırılır.

Aynurə İsmayıl

KONKRET.az
***

Baklda “Alov qüllələri”nin qarşısında avtomobil alovlanıb.

KONKRET.az xəbər verir ki, redaksoyaya hadisə barədə şahidlərdən biri məlumat verib. Artıq əraziyə FHN-nin yanğından mühafizə briqadası cəlb olunub. Kia-rio markalı avtomobilə ciddi ziyan dəyib. Sürücünün maşını tərk edərək təhlükədən xilas olduğu deyilir.

Maşının qəfildən yanma səbəbləri bilinmir.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
8
konkret.az

1Sources