EN

Məhkəmə həbsdə olan şəhid atası ilə bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində qəbiristanlıqda həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Mübariz Yusifovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, təqsirləndirilən şəxs M.Yusifov 2024-cü il iyulun 1-də Tovuz rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında şəhid oğlu Münasib Yusifovun məzarını ziyarətə gedərkən orada həmkəndlisi, 1958-ci il təvəllüdlü Novruz Hacıyevin heyvan otardığını görüb. Şəhid atası Novruz Hacıyevə irad tutub və qəbiristanlıqda olan heyvanları çıxararkən N.Hacıyev ona çomaqla hücum edib. Mübariz Yusifov çomağı ondan alaraq N.Hacıyevi yerə yıxaraq həmin çomaqla onun baş və bədən nahiyəsinə zərbələr endirib.


Yaralı xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.


Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, M.Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Yusifov 10 il azadlıqdan məhrum edilib.
 

Kamal Məmmədov 

Tarix: 1 Oktyabr 2025, 09:17   
Chosen
85
pravda.az

1Sources