EN

Türkiyə ermənilərinin patriarxından Qarabağ açıqlaması

"Artıq Qarabağla bağlı məsələ aradan qalxdığı üçün Ermənistanla Türkiyə arasında daha sıx əlaqələr formalaşmağa başlayacaq".

Teleqraf xəbər verir ki, bunu Türkiyədəki ermənilərin patriarxı Saak Məşəlyan deyib.

"Türkiyədəki ermənilər həmişə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının tərəfdarı olublar, amma iki ölkə arasındakı münasibətlərə uzunmüddətli perspektivdə baxmaq lazımdır, çünki söhbət 100 illik düşmənçilikdən gedir. Hətta bu durumda sülhdən, gəliş-gedişdən, qapıların, yolların, sərhədlərin açılmasından, diplomatik münasibətlərin bərpasından danışmaq belə böyük uğurdur. O vaxt Qarabağla bağlı məsələ vardı, indi o məsələlər aradan qalxdıqdan sonra o maneələr aradan qalxmağa və daha sıx əlaqələr formalaşmağa başlayacaq", - keşiş bildirib.

Saak Məşəlyan sülhə alternativin olmadığını vurğulayıb:

"Məncə, proses düzgün istiqamətdə gedir. Biz həmişə Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişafının tərəfdarı olmuşuq, çünki bizim erməni dünyasında, belə demək mümkünsə, xüsusi yerimiz var. Biz nə Qarabağ, nə də diaspor erməniləriyik. Alternativ yoxdur, sülh olarsa hər iki tərəf qalib gəlir, düşmənçilik olarsa hər iki tərəf uduzur. Bəzən keçmişi unutmaq lazımdır. Addımlarımızı yeni şərtlərə uyğun atmalıyıq. Keçmiş üçün yaşaya bilmərik. Türkiyədə də sülh və dostluq istəyi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
olaylar.az

1Sources