EN

“AMEA dakı qanun pozuntuları hərtərəfli araşdırılıb”

Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılıb.

Bu barədə “Qafqazinfo”nun sualını cavablandırarkən baş prokuror Kamran Əliyev məlumat verib.

Baş prokurorun sözlərinə görə, cinayət işi üzrə bir neçə epizod araşdırılıb:

“Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq yekunlaşıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət yaranarsa, əlavə məlumat veriləcək”, - baş prokuror əlavə edib.

Qeyd edək ki, ötən il AMEA-da 2020–2023-cü illərdəki qanun pozuntuları ilə bağlı “xüsusilə külli miqdarda mənimsəmə” faktı üzrə cinayət işi başlanılıb. Həmin illərdə Akademiyanın prezidenti Ramiz Mehdiyev olub.

Sail Ağasəlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
9
qafqazinfo.az

10Sources