Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Prokurorluğunda da araşdırma aparılır.
Xezerxeber.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, bu faktların - zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca Rusiyada da istintaq aparılır: "Bu işin də məntiqli nəticəsi olacağına inanıram".