Yekaterinburuqda azərbaycanlılara qarşı törədilən cinayətlə bağlı Azərbaycan Respublikası Prokurorluğunda da araşdırma aparılır.
News24.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev mətbuata açıqlamasında deyib.
O bildirib ki, bu faktlar - zor tətbiq edilməsi, işgəncə verilməsi ilə bağlı ayrıca olaraq Rusiyada da istintaq aparılır:
"Bu işin də məntiqli nəticəsi olacağına inanıram". (Apa.az)