EN

Prokurorluq AMEA-da hərtərəfli araşdırma aparır

Prokurorluq

Azərbaycan Milli Elmlər Akademiyasında 2020-2023-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.

Reyting.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:

"Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa bu barədə əlavə məlumat verəcəyik".

Xatırladaq ki, 23 oktyabr 2019 – 14 fevral 2022 aralığında AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib.
Chosen
2
16
reyting.az

10Sources