İsrail Müdafiə Qüvvələri (IDF) avqust ayından etibarən Qəzza şəhərində təxminən 1250 binanı dağıdıb.
Musavat.com xəbər verir ki, məlumatı “The Jerusalem Post” yayıb.
Qəzet bildirir ki, dağıdılan binalarda 200-dək radikal məhv edilib.
Dağıdılan binaların təxminən üçdə biri İDF tərəfindən sırf hərbi hədəflər kimi, yarısı isə radikalların ikinci dərəcəli istifadəsi üçün obyektlər kimi təsnif edilir; məsələn, bəzilərində müşahidə kameraları quraşdırılıb. İDF-dəki mənbə nəşrə bildirib ki, hətta bir müşahidə kamerası olsa belə, bütün çoxmərtəbəli bina dağıdıla bilər. Bəzi binalar aydın təsnifata daxil deyildi.
Musavat.com