Azərbaycan Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasını Milli bayram – ölkənin yaradılmasının 76-cı ildönümü münasibətilə təbrik edib.
Nazirliyin rəsmi sosial şəbəkə hesabında yayılan paylaşımda deyilir:
“Çin Xalq Respublikasının yaradılmasının 76-cı ildönümü münasibəti ilə strateji tərəfdaşımız olan Çini səmimi qəlbdən təbrik edirik. Milli bayramınız mübarək!”