EN

ABB-nin Qaradağ filialının işi İFLİC OLDU: Müştərilər narazıdır, bəs bank nə deyir?

Vətəndaşlar Azərbaycan Beynəlxalq Bankının (ABB) Qaradağ filialında xidmət zamanı ciddi problemlə üzləşiblər.

KONKRET.az– bu barədə vətəndaşlar bildiriblər.

Onların sözlərinə görə, bankın sistemi işləmədiyi üçün uzun müddət gözləməli olurlar. Bu isə vaxt itkisinə və işə gecikmələrinə səbəb olur.

Problemlə bağlı Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan KONKRET.az– bildirildi ki, problem texniki səbəbdən yaranıb. Yaranmış texniki nasazlıq qısa müddətdə aradan qaldırılacaq və təxminən yarım saat ərzində xidmətlər bərpa olunacaq.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
12
1
konkret.az

2Sources