EN

Gənclər Liqası: "Qarabağ" "Kopenhagen"ə qarşı

UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin 2-ci tur qarşılaşmaları keçirilir.

Sportal.az xəbər verir ki, yarışda təmsilçimiz "Qarabağ"ın U-19 komandası Bakıda meydana çıxacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın "Kopenhagen" kollektivi ilə üz-üzə gələcək.

Suraxanıda yerləşən "Azərsun Arena"da keçiriləcək matç saat 14:00-da başlanacaq.

saytlarin hazirlanmasi

Chosen
20
1
sportal.az

2Sources