EN

Paşinyan Zəngəzur dəhlizində maraqlı deyil? - Sabiq nazirdən sərt ittiham

Moskva səfərindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ritorikasını kəskin şəkildə sərtləşdirib.

Modern.az-ın məlumatına görə, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

O qeyd edib ki, Paşinyan layihənin reallaşmamasına görə günahı Azərbaycanın üzərinə atmağa çalışır.

Tofiq Zülfüqarovun sözlərinə görə, əslində Vladimir Putin Paşinyana ABŞ Prezidenti Donald Trampın təşəbbüsü olan layihə ilə bağlı addım atmağa icazə verməyib.

O bildirib ki, Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirələri və Moskva ilə “uzaqlaşma” görüntüsü sadəcə imitasiya xarakteri daşıyır.

“Paşinyan bu ilin 9 mayında Moskvada keçirilən Qələbə Paradının fəxri qonağı olub və gələcəkdə də “Засланный казачок” (gizli şəkildə kiminsə tapşırığını yerinə yetirən, başqa tərəfin maraqlarını qoruyan adam - red.) funksiyasını sadiqliklə yerinə yetirəcək”, – deyə sabiq nazir vurğulayıb.

Onun fikrincə, Ermənistan baş naziri yalnız Zəngəzur bölgəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə maraq göstərir.

Elnur Əmirov

Chosen
20
2
modern.az

3Sources