EN

MDB Oyunları: Bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək

Yevlax, 1 oktyabr, AZƏRTAC

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında bu gün 7 idman növü üzrə yarışlar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Şəkidə batut gimnastikasına start veriləcək.

Qəbələdə atıcılıq yarışlarına yekun vurulacaq, badmintonda qarışıq komanda yarışları təşkil olunacaq. Bu şəhərdə, həmçinin futbol üzrə Azərbaycan millisi Qırğızıstanla qarşılaşacaq. Oyun 12:00-da başlayacaq.

Gəncədə üzgüçülük və voleybol, Yevlaxda boks yarışları olacaq.

Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
298
33
azertag.az

10Sources