EN

Odessanı su basdı, 9 ölü var - FOTO

Ukraynanın Odessa şəhərində güclü yağışlar bir sıra fəsadlara səbəb olub.

Milli.Az xəbər verir ki, yağış səbəbindən evləri və küçələri su basıb. 

Nəticədə aralarında uşaq da olmaqla, 9 nəfər həlak olub. 

Ümumilikdə isə su basmış ərazilərdə 362 nəfər xilas edilib. 

Hazırda yağışın fəsadlarının aradan qaldırılması, eləcə də axtarış-xilasetmə işləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Chosen
13
3
milli.az

4Sources