EN

Hakimlərin təlim-tədris prosesi üzrə İşçi Qrup yaradılır

Sentyabrın 30-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. Qurumdan SİA-ya verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib. İclasda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” və “Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları” layihələri ətrafında müzakirələr aparılıb və təsdiq edilib. “Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup”un yaradılması qərara alınıb.

Eyni zamanda intizam icraatlarının başlanılması və kadr məsələri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.

Chosen
13
7
sia.az

9Sources