EN

Hərbi məhkəmə sabiq Prezident barəsində edam hökmü çıxarıb Konqoda

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Konqo Demokratik Respublikasının Ali Hərbi Məhkəməsi keçmiş prezident Cozef Kabila barəsində edam cəzası qərarı verib.

Ölkə.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Kabilanı ölkənin şərqində fəaliyyət göstərən üsyançı qruplara dəstək verməkdə və dövlətə xəyanətdə təqsirli bilib.

Kabilanın qiyabi olaraq çıxarılan ölüm hökmündə deyilirdi ki, keçmiş lider Şimali və Cənubi Kivu əyalətlərində üsyançıların təlim düşərgələrində olub. Kabila hərbi silahlı qruplara yaratmaqla onlara rəhbərlik edib.

Məhkəmə Kabilanın əmlakının müsadirə edilməsi tələbini rədd edib.

Cozef Kabila 2001-ci ildə atası Laurent-Desire Kabilanın sui-qəsd nəticəsində öldürülməsindən sonra 29 yaşında prezident olub.

Ardıcıl iki seçkidə qalib gələn Kabila 2016-cı ildə səlahiyyət müddəti bitdikdən sonra təhlükəsizlik səbəbi ilə seçkiləri təxirə salaraq daha iki il hakimiyyətdə qaldı.

2018-ci ilin dekabrında ofisini hazırkı prezident Feliks Tşisekediyə təhvil verən Kabila 2023-cü ildə siyasi sürgün səbəbiylə Cənubi Afrikada məskunlaşıb.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
olke.az

2Sources