1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Son 40-45 ildə Azərbaycanın şirin su ehtiyatları 25% azalıb".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, 1980-ci illərdən bəri Xəzər dənizinin səviyyəsi iki metrə yaxın düşüb, Kür çayının suyu isə oxşar həcmdə azalıb:
"Bunlar bölgəmizdə iqlim dəyişikliyinin canlı sübutlarıdır. Su ehtiyatlarının azalması fonunda içməli su və suvarma şəbəkələrində itkilər hələ də yüksəkdir, əhalinin yalnız üçdəbiri müasir tullantı su xidmətlərinə çıxış əldə edir".