EN

ABŞ hökumətinin işinin dayandırması fonunda qızılın qiyməti tarixdə ilk dəfə 3 900 dolları ötdü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Nyu-York Ticarət Birjasında (COMEX) dekabrın qızıl füçersləri 0.72% bahalaşaraq bir Trua unsiyası üçün 3 901.20 dollara çatıb.
Oxu.Az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu, ABŞ hökumətinin fəaliyyətini dayandırması fonunda baş verib.
Oktyabrın 1-də Bakı vaxtı ilə saat 8:01-də ABŞ hökuməti rəsmi olaraq hökumətin fəaliyyətini dayandırıb - Konqres yeni maliyyə ili üçün büdcəni qəbul edə bilmədiyi üçün federal hökumət fəaliyyətini dayandırıb.
Bundan əvvəl qızılın qiyməti tarixdə ilk dəfə olaraq 3850 dollar/unsiya həddini keçib, çünki ABŞ hökumətinin bağlanması risklərinin artması səbəbindən dolların məzənnəsi qlobal miqyasda zəifləyib. Bu fonda gümüşün qiyməti 2011-ci ilin may ayından bəri ilk dəfə olaraq bir unsiya üçün 47 dolları ötüb.
Chosen
27
50
oxu.az

10Sources