EN

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Kopenhagen"lə üz-üzə gələcək » AzadMedia.az


"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" komandası ilə heç-heçə edib - 2:2.
Chosen
9
18
azadmedia.az

10Sources