Zinəddin Zidan “Mançester Yunayted”in baş məçqçisi ola bilər. Metbuat.az xəbər verir ki, Fransa millisinin keçmiş futbolçusu Emmanuel Petit Zidanın “Mançester Yunayted”ə qayıtması üçün iki tələb irəli sürə biləcəyini iddia edib. O bildirib ki, Zidanın “Mançester Yunayted”ə keçəcəyi təqdirdə ilk tələbinin güclü və keyfiyyətli heyətin qurulması olacaq. Zidanın ikinci tələbinin soyunma-geyinmə otağında dil və ünsiyyət baryerlərinin aradan qaldırılması ola biləcəyi iddia edilir. Bununla belə, rəsmi rəsmi təklif irəli sürüləcəyi təqdirdə Zidanın təklifi qəbul edib-etməyəcəyi maraq doğurur.Qeyd edək ki, "Mançester Yunayted"in "Brentford"a 3:1 hesablı məğlubiyyətindən sonra baş məşqçi Ruben Amorimin istefaya göndərilə biləcəyi irəli sürülür. “Yunayted” Premyer Liqada 14-cü yerdə qərarlaşıb. Zinəddin Zidan 2021-ci ildə “Real Madrid”dən ayrılan heç bir klubdan işləməyib.