Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 2020-23-ci illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır.
Publika.az Report-a istinadla xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb:
"Məndə olan məlumata görə, artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa, bu barədə əlavə məlumat verəcəyik".