EN

Britaniya və yəhidi lobbisi yenə ortaq məxrəcə gələcək- ÖZƏL

"İngiltərə və Fransa arasında 1916-cı ilin 16 may tarixində imzalanmış, 1917-ci il Balfour Bəyannaməsi və 1920-ci il San Remo konfransı kimi qərarlarla tamamlanmış Yaxın Şərqin bölünmə planına hazırda yenidən baxılır. Yazdığım bir məqalədə Fransanın İran vasitəsilə Yaxın Şərqdə Britaniya və İsrailə qarşı öz mövqelərini möhkəmlətmək üçün kvazi İran qüvvələrindən istifadə etməsi, Britaniya ilə rəqabəti məsələlərinə geniş toxunduğum üçün təkrara yol vermirəm. Lakin, gedişat göstərdi ki, bu siyasət İsrailin səbrini daşdırdı və gözümüz önündə baş verən hadisələr məhz İranın özü daxil olmaqla Fransanın Yaxın Şərqdə qolunu-qanadını qırmağa yönəldi. Burada Britaniya da Yaxın Şərqdən sıxışdırılıb çıxarıla biləcəyi riskini görərək Fransa ilə yaxınlaşdı. Fransa ilə Britaniyanın yaxınlaşmasını təmin edən digər amil də Rusiya amili oldu". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Beləliklə məsələnin yəhudi lobbisi ilə anqlo-sakslar arasında ixtilafa doğru inkişaf etdiyi bir zamanda hər iki tərəfə (həm evanqelist anqlo-sakslara, həm yəhudi lobbisinə, o cümlədən Netanyahuya) yaxın olan Trump barışdırıcı körpü rolunu oynamağı bacarır. 
Təsadüfi deyil ki, Britaniyanın nümayəndəsi olan Tony Blair hazırda Qəzzada müvəqqəti idarəetmə orqanı olan "Gaza International Transitional Authority" (GITA)-nın rəhbərliyinə namizəd kimi müzakirə olunur və üzv olması çox real görünür. Britaniya və yəhidi lobbisi yenə ortaq məxrəcə gələcək. Onlar ciddi bir şəkildə toqquşmazlar, əks halda dünyanın maliyyə sistemi daxil bütün sistemi və düzəni çökər. Lakin, bu məsələdə ortada qalan bir çox dövlətlər olacaq. Britaniyanın nüfuz dairəsində olan ərəb dövlətləri məsələdə sakit və təmkinli mövqe tutdular. 
Hər bir dövlətin və onun rəhbərliyinin əsas məqsədi öz dövlətinin və vətəndaşlarının mənafeyini qarışıq zamanlarda qorumağı bacarmaqdır! Bu qədər qarışıq, riskli və təhlükəli bir dövrdə səbrli, hisslərin əsirinə çevrilmədən və ən əsası dövləti poliqona və böyük dövlətlərin müharibə meydanına çevrilməkdən qoruyan Azərbaycanın xarici siyasət xəttini səmimi qəlbdən alqışlayıram! Bu gedişlə xarici siyasət xəttində digər qayğıların da tezliklə həll ediləcəyinə inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
olaylar.az

1Sources