EN

UEFA Türkiyə klubunu 68000 avro məbləğində cərimələyib

UEFA Türkiyə Super Liqasında çıxış edən "Qalatasaray" klubunu 68 250 avro cərimələyib. "Bakuinfo" xəbər verir ki, bu haqda UEFA məlumat yayıb. Buna Almaniyada "Ayntraxt" (Frankfurt) komandasına qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda yaşananlar səbəb olub. "Sarı-qırmızılar" azarkeşlərin atəşfəşanlıq etməsinə görə 18 000, meydana yad əşya atması ucbatından 35 250 avro ödəməli olacaq. İstanbul təmsilçisi digər iğtişaşlara görə isə 15 000 avro ziyana düşüb. Qeyd edək ki, həmin qarşılaşma "Qalatasaray"ın 1:5 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

Chosen
7
13
bakuinfo.net

10Sources