EN

Bloomberg: Avropanın “dron divarı” layihəsi – reallıq yox, piar aksiyasıdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin elan etdiyi "dron divarı" təşəbbüsü daha çox piar xarakteri daşıyır. Mənbələr bildirir ki, layihənin reallaşdırılması illərlə vaxt aparacaq, çünki həm maliyyə məsələləri, həm də mövcud milli və regional təşəbbüslərin koordinasiyası ciddi problemlər yaradır.
Agentlik qeyd edir ki, yüksək sıxlıqlı sərnişin və yük aviasiyası uçuşları fonunda belə bir sistemin tətbiqi əlavə risklər də daşıyır. Məsələ ilə tanış ekspertlərə görə, əsas çətinlik - koordinasiya və mövcud resursların uyğunlaşdırılmasıdır.
Bloomberg-in yazdığına görə, dronlarla bağlı yaranan problem Avropanın daha böyük problemini - müasir hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin yoxluğunu kölgədə qoya bilər. Hazırda Avropa uzunmənzilli hava hücumundan müdafiə sahəsində demək olar ki, tamamilə ABŞ-a güvənir. Bu isə xüsusilə ABŞ Prezidenti Donald Trampın Avropanı daha çox müstəqilliyə çağırdığı bir vaxtda aktual məsələdir. Layihə Almaniya, Polşa, Finlandiya və Baltikyanı ölkələrin təşəbbüsü ilə hazırlanır. Onun məqsədi Rusiyayla sərhəd boyunca çoxlaylı monitorinq və avtomatlaşdırılmış dron əleyhinə sistemlərdən ibarət müdafiə xətti qurmaqdır. Hazırda layihə hələ prototiplərin hazırlanması mərhələsindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources