EN

Şahzadə Uilyam və Keyt Middletonun bu addımı yeni qalmaqala səbəb olub

Şahzadə Uilyam və xanımı Keyt Middletonun yeni evinə çevriləcək Vindsor Qreat Parkdakı Forest Lodge mülkü hasar və müşahidə kameraları ilə əhatələnib...

Poliqon The Sun-a istinadən xəbər verir ki, evin ətrafında 3,7 km-lik təcrid zonası yaradılıb. Qaydaları pozan istənilən şəxs kral ailəsi üzvlərinin tacını və şəxsi torpaqlarını qoruyan 2005-ci il tarixli Ağır Mütəşəkkil Cinayətkarlıq və Polis Aktı ilə həbs oluna bilər.

Bu cür təhlükəsizlik tədbirləri artıq yerli sakinləri və it sahiblərini narahat edib. İnsanlar kral ailəsinin təhlükəsizliyini qorumaq zərurətini başa düşdüklərini deyirlər, lakin onların hərəkəti insanları parkinqsiz qoyub və sevimli gəzinti cığırlarından məhrum edib.

"Mənim itim bu sahələri sevir və biz gəzmək üçün başqa yer tapmalıyıq", deyə yerli sakin bildirib.

Poliqon.info

Chosen
10
poliqon.info

1Sources