EN

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Bakı. Trend:

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə Azərbaycan banklarıarasında 1-ci yeri tutub. Eyni zamanda bank "Biznes Bankçılıq" üzrəOrta Asiyada 20 ən yaxşı banklardan biri seçilib. Qərar “SMEBanking Club” beynəlxalq platformasının “Business Mobile Banking-2025” araşdırmasının nəticələrinə əsasən verilib. Proses müxtəlifölkə banklarına aid 30-dan çox biznes mobil tətbiqi üzərindəaparılıb.

Araşdırma zamanı “Unibank”ın biznes mobil bankçılığı ekspertlərtərəfindən yüksək qiymətləndirilib. "SME Banking Club"ınaçıqlamasına görə, bölgənin 2025-ci il üzrə TOP-20 ən yaxşı biznesmobil bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçünEkspertlər Şurası tərəfindən səsvermə keçirilib. Qərar bazarşəraiti, mobil biznes trendləri, ən yaxşı təcrübələr, mobilbankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili vədigər istiqamətlər üzrə əldə olunan nəticələrə əsasən verilib.

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən "Unibank",hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul vəxidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlaynəmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlaynistifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraftkreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə vəistədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaqimkanı yaradır.

“Unibank”ın digər biznes krediti məhsulları və xidmətlərindənfiliallarda istifadə etmək istəsəniz, həftəiçi saat 09.00-dan17.00-dək “Qara Qarayev”, 16 saylı, “Dərnəgül”, “Yasamal”,“Nərimanov”, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filialları, “Unibank-biznes mərkəzi”, “Sədərək” Biznes Mərkəzi” eləcə də “Unibank”ınbölgə filialları xidmətinizdədir. Bankın biznes məhsul vəxidmətləri haqqında ətraflı məlumatı (012) 117 nömrəli telefondanvə bankın saytından (https://www.unibank.az/az/corporate/index) əldə etmək olar.

Unibank-Sənin Bankın!

Chosen
7
10
az.trend.az

10Sources