Cari ilin sentyabr ayında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 81 nəfər ağır vəziyyətdə olmaqla ümumilikdə 91 nəfər zəhərlənmə səbəbindən qəbul olunub.
Kliniki Tibbi Mərkəzin mətbuat xidmətindən NOCOMMENT.az – a verilən məlumata görə, onlardan 35-i dərman preparatlarından, 27-si sirkə turşusundan, 2-si spirtli içkilərdən, 8-i ilan sancmasından, 7-si allergik reaksiyadan, 2-si yandırıcı məhlullardan, 1-i həlledici maddədən, 6-sı fosfor üzvi birləşmələrdən, 2-si anafilaktik şokdan, 1-i isə inhalyasion zəhərlənməsi səbəbi ilə müalicəyə cəlb olunub.
Bununla belə, aparılan intensiv tədbirlərə baxmayaraq, təəssüf ki, 2 kişi, 1 qadın olmaqla 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Ölüm hallarının əsas səbəbi sirkə turşusu və dərman prep