EN

Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR -

Sumqayıt şəhərində abad məhəllələrin yaradılması istiqamətində növbəti addım atılır.

Missiya.Az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər İcra Hakimiyyəti bu məqsədlə 1 milyon 166 min manat dəyərində satınalma müsabiqəsi elan edib.

Satınalma çərçivəsində Sumqayıt şəhərinin 40-cı məhəlləsində bir sıra işlərin görülməsi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi ilə məhəllənin infrastrukturunun yenilənməsi, elektrik təchizatının yaxşılaşdırılması və əhalinin rahatlığı üçün zəruri abadlıq işlərinin görülməsi planlaşdırılır.

Chosen
14
2
missiya.az

3Sources