EN

“Nobel Sülh Mükafatını mən qazanmalıyam” Tramp

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, sülhün bərpası üçün gördüyü işlərə görə Nobel Sülh Mükafatını məhz o almalıdır.  Onun sözlərinə görə, bu mükafatın ona verilməməsi ABŞ üçün “böyük təhqir” olar.

Tramp bu fikirləri Virciniya ştatının Kvan­tiko şəhərində yüksək rütbəli hərbçilərlə görüşdə səsləndirib. O bildirib

“Mən yeddi münaqişəyə son qoymağa kömək etmişəm. Əgər Qəzza planı da işləsə, bu artıq səkkiz olacaq. Səkkiz ayda səkkiz münaqişə – bunu heç kim etməyib”, -deyə o qeyd edib.

Eyni zamanda Tramp Nobel komitəsinin fəaliyyətinə skeptik yanaşdığını vurğulayıb: “Mükafatı alacağam? Əsla. Onu heç nə etməmiş birinə verəcəklər. Bəlkə də Donald Tramp haqqında kitab yazan yazıçıya”.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
22
azpolitika.info

1Sources