EN

UEFA “Qalatasaray”ı cərimələdi

UEFA “Qalatasaray”ı 68 min 250 avro cərimələyib.

Msport.az xəbər verir ki, buna Almaniyada “Ayntraxt”a qarşı UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda yaşananlar səbəb olub.

“Sarı-qırmızılar” azarkeşlərin atəşfəşanlıq etməsinə görə 18 min, meydana yad əşya atması ucbatından 35 min 250 avro ödəməli olacaq.

İstanbul təmsilçisi digər iğtişaşlara görə isə 15 min avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın məğlubiyyəti ilə bitib – 1:5.

Chosen
5
13
msport.az

10Sources