EN

Qırğızıstan Prezidenti ölüm hökmünü bərpa etmək istəyir

Qırğızıstan Prezidenti Sadır Japarov xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib. "Bakuinfo" xəbər verir ki, bunu Qırğızıstan dövlət başçısının mətbuat katibi Askat Alagözov deyib. “Prezident Prezident Administrasiyasının Hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən sərt cəzaları nəzərdə tutan qanunvericiliyə dəyişikliklərin layihəsini hazırlamağı tapşırıb. Xüsusilə, məsələ uşaqların zorlanmasına, eləcə də qadınların zorlanmasına və öldürülməsinə görə ölüm hökmü ilə bağlı qaydanın tətbiqindən gedir”, - o bildirib. (Axar.az)

Chosen
9
1
bakuinfo.net

5Sources