EN

AYB-nin birinci katibi: "Azərbaycanda 3000 yazıçı var, hər birinin qonorar alacağına ümid edirik"

"20 il öncə təsəvvür belə edə bilməzdik ki, Azərbaycanda belə beynəlxalq sərgilər keçiriləcək".
 
Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində deyib.
 
Onun sözlərinə görə, Azərbaycanda 3000 yazıçı var: “Biz inanırıq ki, növbəti mərhələdə bu müəllflər yazdıqlarına görə qonorar alacaqlar”.
 
Xalq yazıçısı kitab sənayesinin problemlərinə toxunub: “Bu gün bizim yazıçılarımız, çox təəssüf ki, öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Amma zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq”.
 
Chosen
12
8
moderator.az

6Sources