EN

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib - YENİLƏNİB

XI Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə AMEA prezidenti İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Ombudsman Səbinə Əliyeva, mədəniyyət nazirinin müavinləri, deputatlar, digər rəsmilər, eləcə də ədəbiyyat nümayəndələri, xarici qonaqlar və media mənsubları iştirak ediblər.

Açılış nitqlərində beynəlxalq sərginin davamlı keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Bakı Beynəlxalq Kitab Sərgisinin Azərbaycan üçün mədəni-elmi hadisə olduğu vurğulanıb.

Bir həftə davam edəcək sərgidə təqdimat zonalarında, stendlərdə, konfrans otaqlarında 220-dən çox tədbirin keçirilməsi planlaşdırılır.

Sərgidə uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərginin fəxri qonaq ölkəsi Qətərdir.

***

11:12

Hazırda 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda Azərbaycan aktyorları tərəfindən ədəbiyyatımızı əks etdirən səhnəcik nümayiş etdirilir.

Qeyd edək ki, Sərgi bu ayın 7-dək Bakı Ekspo Mərkəzində davam edəcək.

Əli Hüseynov

Chosen
35
7
bakivaxti.az

8Sources