Baş prokuror Kamran Əliyev son günlər həm ölkə, həm də dünya mediasında geniş müzakirə olunan iş adamı Adnan Əhmədzadənin həbsi ilə bağlı açıqlama verib.
OLAY “Qafqazinfo”ya istinadən yazır ki, baş prokuror hazırda sözügedən iş üzrə ibtidai istintaq hərəkətlərinin davam etdirildiyini bildirib.
“Bilirsiniz ki, həmin işlə bağlı istintaq gedir. Bununla bağlı istintaqı aparan qurum tərəfindən açıqlama verilib. İstintaqın indiki mərhələsində istintaqın taktikası baxımından hər hansı bir əlavə məlumat vermək məqsədəmüvafiq deyil”, - K.Əliyev qeyd edib.
Xatırladaq ki, Adnan Əhmədzadə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
