EN

Laçında işəgötürənlərlə görüş keçirilib - FOTOLAR

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Laçında işəgötürənlərlə görüş keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavinləri Ramal Quluzadə və Hasil Abbasov, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən işəgötürənlərin iştirakı ilə keçən görüş həmin ərazilərdə məşğulluq imkanlarının artırılması, sahibkarlarla əməkdaşlığın gücləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunub.

Görüşdə işğaldan azad edilmiş ərazilərdə işəgötürənlərlə əməkdaşlıq şəraitində əhalinin məşğulluq təminatı üçün aparılan işlərdən bəhs olunub. Dövlət Məşğulluq Agentliyinin fəaliyyət sahələri, məşğulluq proqramları və sahibkarlara təqdim edilən dəstək mexanizmləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, sakinlərin işlə təminatı ilə yanaşı, onların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilməsi, özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlarının qurulması da əsas tədbirlərdəndir.

Görüşdə işəgötürənlərin sualları cavablandırılıb, görüləcək birgə işlər müzakirə olunub, işəgötürənlərin təklifləri dinlənilib.

Chosen
15
8
sia.az

9Sources