EN

“Qarabağ”ın gəncləri də “Kopenhagen”lə qarşılaşır

UEFA Çempionlar Liqası ilə yanaşı, UEFA Gənclər Liqasında da əsas mərhələnin 2-ci tur qarşılaşmaları keçirilir.

Tribunainfo.az xəbər verir ki, yarışda təmsilçimiz “Qarabağ”ın U-19 komandası Bakıda meydana çıxacaq.

Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Danimarkanın “Kopenhagen” kollektivi ilə üz-üzə gələcək.

Suraxanıda yerləşən “Azərsun Arena”da keçiriləcək matç saat 14:00-da başlayacaq.

Qeyd edək ki, bu klubların əsas komandaları arasındakı görüş də bu gün baş tutacaq və 20:45-də başlayacaq.

Chosen
18
1
tribunainfo.az

2Sources