Böyük Britaniya Kralı III Çarlzın bacısı şahzadə Anna Kiyevə gözlənilməz səfər edib...
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RBC-Ukrayna" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyevdə görüşüb.
"O, Britaniyanın Ukraynaya dəstəyini müzakirə etmək üçün Prezident Volodimir Zelenski ilə görüşüb", - deyə nəşr yazıb.
Şahzadə Anna, həmçinin Uşaq Memorialını, eləcə də müharibədən zərər çəkmiş gənclərə dəstək məqsədilə yaradılmış Uşaq Hüquqlarını Müdafiə Mərkəzini ziyarət edib.
Poliqon.info