Demokrat.az xəbər verir ki, fotosərgi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar” Foto Klubu İctimai Birliyinin icra etdiyi “Təhlükənin kulMİNAsiya nöqtəsi” layihəsi çərçivəsində açılıb. Layihədə QHT-nin yerli tərəfdaşı Fransa-Azərbaycan Dialoqu Assosiasiyası olub.
“Gilavar” Foto Klubu İctimai Birliyinin sədri Rəşad Mehdiyev deyib ki, Almaniyanın Münxen və Nürnberq şəhərlərindən sonra bu dəfə Parisdə açılan sərgi Azərbaycanın mina qurbanlarının ədalətə çağırışıdır: “İşğal dövründə Ermənistanın hərbi-siyasi liderlərinin göstərişi ilə Azərbaycan torpaqlarında bir milyondan çox mina basdırılıb. Biz dəqiq mina xəritələri tələb edirik ki, daha Qarabağda, Şərqi Zəngəzurda minaya düşənlər olmasın, bu şəkillərdəki iztirablar bir də yaşanmasın”.
Sərgidəki fotoların hər biri xüsusi seçilib, bu təsvirlər Azərbaycanın mina probleminin miqyasını, dərin yaralarını dərk etməyə çağırır. Məsələn, mina qurbanı, “Azərişıq”ın keçmiş əməkdaşı Mahir Əbilovun fotosunun üzərində yazılıb: “Laçına işıq gətirmək üçün elektrik xətləri çəkirdim. Mina həyatımı qaraltdı”.
Minatəmizləyən Süleyman Heydərovun hekayəsi isə belədir: "Minatəmizləmə fəaliyyətini icra edərkən zərərsizləşdirilməsi çox çətin olan mina ilə qarşılaşdıq. Qrupuma geri çəkilmələrini tapşırıb, tək irəlilədim. Ani bir işıq, sonra əbədi qaranlıq… Gözlərimi itirdim, ancaq dostlarımı xilas edə bildim”.
Öz doğma kəndini ziyarətə gedən Hüseynovlar ailəsindən isə hamı minaya düşüb, evin 2 oğlu həyatını itirib. Parisdəki sərgidə Hüseynovlar ailəsinin ağrılı hekayəsi foto ilə tanış olanları təsirləndirib.
Fotolardakı mina qurbanları barədə QR kod vasitəsilə əlavə məlumatlar da verilib.
“Gilavar” Foto Klubu İctimai Birliyi bu sərgini Avropanın digər ölkələrində də davam etdirməyi planlaşdırır.













10Sources
-
herbiand.azFransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub ( 21927355)
-
demokrat.azFransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub — FOTOLAR ( 21927115)
-
kulis.azParisdə Ermənistanın mina müharibəsi əleyhinə fotosərgi ( 21924493)
-
publika.azFransada Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olundu ( 21924517)
-
cebheinfo.azParisdə Ermənistanın mina müharibəsi əleyhinə fotosərgi ( 21924190)
-
qht.azFransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub - FOTOLAR ( 21923581)
-
veteninfo.azFransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub ( 21923557)
-
moderator.azFransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub - FOTO ( 21923155)
-
modern.azParisdə Ermənistanın mina müharibəsi əleyhinə FOTOSƏRGİ ( 21925627)
-
oxu.azFransada ilk dəfə Ermənistanın mina müharibəsi əleyhinə sərgi təşkil olunub ( 21922558)