EN

Kamran Əliyev: Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixdə, müasir dünyada görünməyən qələbələrə imza atdı. Azərbaycan BMT-nin 30 ilə yaxın müddətdə icra olunmayan qətnamələrinin icrasını həyata keçirdi və ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz heç zaman müharibə tərəfdarı olmayıb, biz ərazi bütövlüyümüz naminə mübarizə aparmağa məcbur olmuşuq. Son nəticədə məqsəd sülh idi. Sülh müqaviləsi də Azərbaycanın irəli sürdüyü şərtlər əsasındadır. Həmin şərtlər reallıqdan uzaq deyil.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun inzibati binasında keçirilən təntənəli tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

Chosen
23
3
demokrat.az

10Sources