EN

Bu taksi sürücüləri imtahan verəcək

Dövlət İmtahan Mərkəzi taksi minik avtomobili sürücüləri üçün oktyabrın 2-də növbəti imtahan keçirəcək. İmtahanda iştirak etmək üçün 1560 nəfər qeydiyyatdan keçib.

Publika.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb

Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı ş., Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı), həmçinin Gəncə Regional Bölməsində (Gəncə ş., H.Əliyev meydanı) iki növbədə keçiriləcək. İmtahan 1 saat davam edir. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Chosen
15
33
publika.az

10Sources