EN

Məktəb direktoru vəzifəsindən azad edildi

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

NOCOMMENT.az ajansaz-a istinadən xəbər verir ki, Elm və Təhsil Naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, Cəmilə Əhmədova işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib və Cəmilə Əhmədova həmin vaxt məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu.Hazırda məktəbə yeni direktorun təyinatı ilə bağlı qərar verilməyib.

Chosen
4
9
nocomment.az

9Sources