Çinin paytaxtı Pekin şəhərində keçirilən ATP500 tennis turniri başa çatıb.
Offsideplus.az xəbər verir ki, finalda Yannik Sinner və Lyörner Tyen qarşılaşıb.
Sinner iki seti də 6:2 hesabı ilə aktivinə yazdıraraq növbəti titulunu qazanıb.
İtaliyalı tennisçi karyerasının 21-ci kubokunu əldə edib.
O, Pekindən birbaşa Şanxaya yollanacaq və "Masters" turnirində iştirak edəcək.