EN

Xəzərdə atom elektrik stansiyası yarana bilər

Qazaxıstan gələcəkdə Xəzər dənizinin sahilində aşağı gücə malik atom elektrik stansiyası tikə bilər.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Almasadam Satkəliyev deyib.

“Xəzər sahili kiçik və orta tutumlu reaktorlara malik atom elektrik stansiyası üçün potensial yer kimi nəzərdən keçirilir. Bütün əsas prinsiplərə - texnologiyaya, təhlükəsizlik və su obyektlərinə əsaslanan atom elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı yaxın gələcəkdə müvafiq araşdırma aparılacaq. Biz başa düşürük ki, bu, perspektivli platformadır”, - o bildirib.

Chosen
20
axar.az

1Sources