EN

Xankəndidə məktəb direktoru vəzifəsindən azad edildi

 

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin direktoru Cəmilə Əhmədova tutduğu vəzifədən azad olunub.

Elm və Təhsil Naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, Cəmilə Əhmədova işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Xankəndi şəhər 4 nömrəli tam orta məktəb ötən il istifadəyə verilib və Cəmilə Əhmədova həmin vaxt məktəbin direktoru vəzifəsinə təyin olunmuşdu.Hazırda məktəbə yeni direktorun təyinatı ilə bağlı qərar verilməyib.

Chosen
11
12
musavat.com

10Sources